"O, bir çoxundan fərqli, Premyer Liqaya tez adaptasiya oldu"

“Everton”un baş məşqçisi Sem Ellardays “Stok Siti” ilə oyundan sonra Cenk Tosun barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Tosun bu qarşılaşmada dubl edib.

 

Ellardays Cenkin Premyer Liqaya çox tez adaptasiya olunduğunu bildirib: “Məşqçi həmişə istəyir ki, yüksək səviyyəli futbolçu oyunun axarını dəyişib, qələbəni təmin etməyi bacarsın. Hesab edirəm ki, Cenk Tosun bu gün o işi gördü.

 

O, bir çox futbolçulardan fərqli olaraq, Premyer Liqaya tez adaptasiya oldu. Bunu etmək o qədər də asan deyil, özü də yanvarda gələnlər üçün.

 

Qol bu mövsümdə bizim əsas problemimiz idi. Tosun çox qol vurub, bizə qələbələr qazandırsa, bu, əla olacaq. Bu gün məhz o səbəbə görə “Everton” qələbə qazandı”.

Tarix: 18 Mart 15:59    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.