"Kosovo Azərbaycandan güclüdü və qrupun favoritidi"

“Kosovo qrupun favoritidi, onlar digər yığmalardan güclüdü”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Lüksemburq mətbuatına açıqlamasında Malta millisinin baş məşqçisi Tom Saintfid deyib.

 

Komandasının Millətlər Liqasındakı rəqiblərini dəyərləndirən mütəxəssis qrupda sonuncu olmaq istəmədiklərini bildirib:

 

“Azərbaycan millisində Çempionlar Liqası təcrübəsi olan “Qarabağ” klubunun bir çox futbolçusu çıxış edir. Çətin qrupdur, amma yaxşı nəticə göstərə bilərik. İki qələbə və 2 heç-heçəyə ümid edirik.

 

Belədə qrupu 2-ci və ya 3-cü sırada başa vura bilərik. Axırıncı olmaq istəmirik. 50 ildə Malta cəmi 5 seçmə mərhələ oyununda qələbə qazanıb. Bunu unutmaq lazım deyil”.

 

Mllimiz Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Kosovo, Malta və Farer Adaları ilə mübarizə aparacaq. Qurban Qurbanovun komandası ilk oyununu sentyabrın 7-də Bakıda Kosovoya qarşı keçirəcək.

Tarix: 18 Mart 13:49    Oxunub: 248    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.