"Atamın xəyalını həyata keçirmək üçün orda oynamaq istəyirəm”

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes karyerasını bitirmək istədiyi komandanı açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, çilili hücumçu İngiltərə mətbuatına açıqlamasında karyerasını vətənində bitirmək istədiyini deyib.

 

O, karyerasına “Universidad Çili” komandasında yekun vurmağı arzuladığını bildirib: “Çiliyə qayıdaraq, bütün ailəmin arzusunu gerçəkləşdirəcəm. Atam “Universidad Çili” azarkeşi idi və ailəm karyeramı bu komandada bitirməyimi arzulayır.

 

“Kolo Kolo”da da oynamışam və bu komanda ilə bir neçə uğura imza atmışam. Ancaq atamın xəyalını gerçəkləşdirmək üçün “Universidad Çili”də oynamaq istəyirəm”.

 

29 yaşlı futbolçu bu ilin yanvar ayında “Arsenal”ı “Mançester Yunayted”ə dəyişib. O, cari mövsümdə şans qazandığı 32 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Tarix: 18 Mart 00:10    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.