"Dünya çempionatına görə təklif almışam, getməyi planlaşdırıram”

İngiltərə yığmasının sabiq futbolçusu Sol Kempbell Böyük Britaniyanın baş naziri Tereza Meyi kəskin tənqid edib.

 

Sportinfo.az xəbər verir ki, baş nazir Rusiyada keçiriləcək dünya çempionatına hökümət rəsmilərindən və kral ailəsindən heç kimin getməyəcəyini bildirmişdi.

 

O, bunu Hitlerin verdiyi qərarlarla müqayisə edib: “Siyasilər idmandan və futboldan yararlanırlar ki, insanları təsir altında saxlasınlar, hakimiyyətləri daha da güclənsin.

 

Hitler, Franko və Mussolini də belə ediblər. Bu, tarixdi. Heç nə dəyişməyəcək. Futbol böyük bir gücdü.

 

O ki qaldı özümə, dünya çempionatı üçün FİFA-dan təklif almışam və Rusiyaya getməyi planlaşdırıram”.

Tarix: 18 Mart 00:00    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.