Bir komandanın iki futbolçusu oyun vaxtı bir-biriylə dalaşdı: VİDEO

Fransa Liqa 2-də "Keviyi Ruan"la oyun zamanı "Oser"in iki futbolçusu bir-biri ilə dalaşıb.

 

Sportinfo.az xəbər verir ki, 80-ci dəqiqədə "Keviyi Ruan" hücumda olduğu vaxt "Oser"in müdafiəçisi Pyer-İv Poloma topu almaq əvəzinə komanda yoldaşı Mikael Baretto ilə dalaşmağa başlayıb.

 

Tərəflər onları ayıranadək bir-birilərinə zərbələr də endiriblər. Bu epizodla əlaqədar baş hakim Paloma və Barettoya qırmızı vərəqə göstərib.

 

Görüş "Keviyi Ruan"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 11-ci pillədə gedən "Oser" növbəti turda "Bur-an-Bress"lə qarşılaşacaq. 

 

Tarix: 17 Mart 20:48    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.