"Mən əvvəldən demişdim ki, "Neftçi" nə vaxt ayılacaq"

«Çempionatda 19 günlük fasilə yaranıb. Bunun komandamızın xeyrinə olub-olmayacağını zaman göstərəcək».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin baş məşqçisi Tərlan Əhmədov deyib.


Premyer Liqanın son 4 turunda 8 xal toplayan paytaxt təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

 

Liderlər qrupuna yaxınlaşan «ağ-qaralar»ın yüksələn qrafiki yarıda kəsilməyəcək ki? Çünki bu fasilə heç yerinə düqmədi.

 

Komanda xüsusən «Qarabağ»la son qarşılaşmada əla təsir bağışladı. «Neftçi» çempionatın liderinə qalib gəlməyə çox yaxın idi, real şansları qaçırdılar. 


Əhmədovun bildirdiyinə görə, onun hazırkı çətinliyi heyətdəki çatışmazlıqlarla bağlıdı: «10 futbolçu milli komandalara gedib. Ayın 15-nə məşq saldıq ki, boş vaxt getməsin. Adicə qapıçı tapmırıq ki, normal məşq keçək.

 

Məşqləri bir də ayın 21-də bərpa edəcəyik. Hazırlıq prosesinin son günlərinədək qapıçımız olmayacaq. Futbolçu sarıdan çətinliklərimiz çoxdu. Amma çalışacağıq ki, fasilə komandamızın əleyhinə işləməsin.

 

Bundan sonra ikiqat diqqətli olmalıyıq, çünki apreldə bir-birindən ağır oyunlar bizi gözləyir. Son turlardakı çıxışımıza gəlincə, mən əvvəldən demişdim ki, komandam nə vaxt ayılacaq.

 

Amma «Qarabağ»la oyunumuz hələ ən yaxşı oyunumuz deyil. Bəziləri bizi yerli-yersiz qınayırdılar ki, «Neftçi» Antalya toplanışını boşa verib.

 

Üçüncü dövrənin oyunları göstərdi ki, əslində, kim Antalyada yaxşı hazırlıq keçib, kim daha çox istirahət edib, başqa işlərlə məşğul olub». 

Tarix: 17 Mart 20:36    Oxunub: 830    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.