Bu forvard "Real"da daha çox - 16 milyon qazanacaq

“Bavariya”nın hücumçusu Robert Levondovski “Real”la anlaşıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Mundo Deportivo” nəşri xəbər yayıb.

 

İddiaya görə, “kral klubu”nda oynamağı qəbul edən polşalı forvard Madriddə “Bavariya”dakı illik gəlirindən (16 milyon) daha çox qazanacaq.

 

Amma bunun üçün Münhen təmsilçisinin keçidə razılıq verməsi lazımdı. Çünki Levandovskinin “Bavariya” ilə 2021-ci ilə qədər müqaviləsi var.

 

Tərəflər təzminat məsələsində ortaq məxrəcə gələ bilsələr, təcrübəli futbolçu ilə 2+1 illik anlaşma imzalanacaq.

 

Levandovskinin “Real”la anlaşmasında bu yaxınlarda müqavilə bağladığı məşhur menecer Pini Zahavinin həlledici rol oynadığı bildirilir.

Tarix: 17 Mart 20:00    Oxunub: 257    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.