“İndi mən çox qəzəbliyəm! Səhər yeməyi zamanı oyun təyin etməyin”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp təqvimdən narazılıq edib.

 

Sportinfo.az xəbər verir ki, Kloppu narazı salan məqam təqvimin dəyişdirilməsidi.

 

İngiltərə Premyer Liqasının 33-cü turunda keçiriləcək “Everton”la qarşılaşma aprelin 8-dən 7-sinə keçirilib. Özü də qarşılaşma gündüz erkən saatda baş tutacaq.

 

“Liverpul” aprelin 4-də və 10-da “Mançester Siti” ilə Çempionlar Liqasının 1/4 final qarşılaşmalarını da keçirməlidi. Klopp bu dəyişikliyə belə reaksiya verib:

 

“İndi mən çox qəzəbliyəm. “Everton”la oyunumuzu aprelin 8-dən 7-si saat 12:30-a keçiriblər. Aprelin 4-də biz “Mançester Siti” ilə oynayırıq. Üç gün sonra isə səhər saatlarında “Everton”la oyuna çıxacağıq.

 

Məni hansı vaxt qane edərdi? İstərdim ki, səhər saat 9-da oynayaq. Bu nədi? Oyunları normal vaxta salın. Səhər yeməyi zamanı oyun təyin etməyin”.

Tarix: 17 Mart 19:24    Oxunub: 271    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.