FİFA-nın gəliri 300 milyon dollar çox oldu - Planlaşdırıldığından

FİFA 2017-ci ilin maliyyə hesabatını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, FİFA-nın gəliri planlaşdırıldığından 300 milyon dollar çox olub.

 

Ali futbol qurumunun hesabatında bildirilir ki, 2017-ci il maliyyə baxımından çox uğurlu alınıb. FİFA-nın gəlirləri oyunların yayımı və marketinq hüquqlarına görə daha çox artıb. Hesabatda vurğulanır ki, artımda yersiz xərcləmələrin qarşısının alınması da rol oynayıb.

 

Hesabtda o da vurğulanır ki, FİFA futbolun inkişafına yönəlik layihə ilə bağlı milli assosiasiyalardan 1554 ərizə qəbul edib.

 

Ali futbol qurumu bu layihə çərçivəsində 2018-ci ilin sonuna qədər assosiasiyalara ödəniləcək vəsiatin miqdarını 1,79 milyard dollara çatdırmaq niyyətindədi.

 

Artıq bu məqsədlə 393 milyon dollar ödənilib. Təşkilatdan bildirilib ki, vəsaitin xərclənməsinə də ciddi nəzarət ediləcək.

Tarix: 17 Mart 18:36    Oxunub: 140    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.