"Dünya çempionatında oynamaq istəsəm, bunu edərəm"

DÇ-2018-in pley-off mərhələsində İtaliyanı məğlub edərək mundiala qatılmaq haqqı qazanan İsveç yığmasında Zlatan İbrahimoviç sürprizi yaşana bilər.

 

Sportinfo.az xəbər verir ki, AÇ-2016-dan sonra yığma karyerasına nöqtə qoyan Zlatanın milliyə dönə biləcəyilə bağlı məlumatlar yayılır.

 

36 yaşlı futbolçu bu barədə İsveç mətbuatına növbəti açıqlama verib: "Mövsüm ərzində istədiyim performansı sərgilmədim. Çünki bir çox hissəsində oynamadım. Əgər dünya çempionatında oynamaq istəsəm, bunu edərəm".

 

İsveç millisində 116 oyun keçirən İbrahimoviç 116 oyuna 62 qol vurub. İbrahimoviçin mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq.

 

Təcrübəli forvard karyerasını başa vurmaq niyyətində olmadığını deyib: "Hələ oynamaq istəyirəm. Karyerama nöqtə qoymaq fikrim yoxdur. MLS? Şayiələr həmişə olur. Mən isə doğru olanı edəcəm".

Tarix: 17 Mart 17:36    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.