"Daha düzgün qərarlar verməsini təmin etmək istəyirik"

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında videotəkrar sistemindən (VAR) istifadə olunacağı dəqiqləşib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib.

 

Kolumbiyanın Boqota şəhərində təşkil olunan FİFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün mətbuat konfransı keçirən İnfantino bunları söyləyib:

 

“Önümüzdəki dünya çempionatında videotəkrar sistemini tətbiq edəcəyik. İclasda bu məsələ də müzakirə olundu və səs çoxluğu ilə qəbul olundu.

 

Buna görə çox sevincliyik. Bu sistemi tətbiq etməklə hakimlərin daha düzgün qərarlar verməsini təmin etmək istəyirik. DÇ-də bu sistem sayəsində çox doğru qərarların veriləcəyini düşünürəm”.

 

VAR sistemi artıq 2016-cı ildə klublararası dünya çempionatında, eləcə də 2017-ci ilin Konfederasiyalar Kubokunda tətbiq olunub.

 

DÇ-2018-də azarkeşlər daha bir yeniliyə şahid olacaqlar. Belə ki, qarşılaşmalar zamanı məşqçilər 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Lakin bu, yalnız pley-off matçlarında mümkün olacaq.

 

Belə ki, qarşılaşmalarda qalib müəyyənləşməzsə, əlavə edilmiş 30 dəqiqədə 4-cü dəyişiklik imkanı yaranacaq.

 

Bir neçə turnirdə bu sistem testdən uğurla keçdiyindən, FİFA mundialda bundan istifadəni təsdiqləyib. Dünya çempionatı 14 iyun - 15 iyul tarixləri aralığında keçiriləcək.

Tarix: 17 Mart 17:00    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.