"Qarabağ"ın futbolçusu Albaniya millisinin heyətinə çağırılmadı

"Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə çağırılmayıb.

 

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Kristian Panuççi 24 futbolçudan ibarət siyahıya 36 yaşlı futbolçunu daxil etməyib.

 

45 yaşlı mütəxəssis millinin təlim-məşq toplanışı üçün bəzi gənc futbolçulara dəvət göndərib. Albaniya  martın 26-də Norveç millisi ilə yoldaşlıq oyunu keçirəcək.

 

Ansi Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir. Təcrübəli müdafiəçi yığmada 73 oyuna çıxıb və 3 qola imza atıb.

Tarix: 17 Mart 16:48    Oxunub: 167    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.