Con "Qarabağ" azarkeşidi

Yayda “Dostluq üçün futbol” layihəsində Azərbaycanı Conatan Ferqüson adlı, Bakıda anadan olan, atası ingilis, anası azərbaycanlı olan 12 yaşlı uşaq təmsil edəcək.

 

Onun haqqında maraqlı bir hekayə eşitmişəm.

 

Deməli, anadan olandan sonra təxminən 5-6 il burda yaşayıb, sonra İngiltərəyə gedib, sonra yenə geri qayıdıb. Atasının vətənində olduğu vaxtlarda orta məktəbdə elə alınıb ki, təsadüfən parta yoldaşı erməni uşaq çıxıb.

 

Con yanında oturanın erməni olduğunu öyrənən kimi aləmi qatıb bir-birinə, dava salıb :) Qışqırmağa başlayıb, “siz işğalçısız, nə qədər adamları öldürmüsüz” və s.

 

Müəllimələr 7 yaşlı uşağı"mız"ı zorla sakitləşdiriblər. Con yenə də o uşaqla oturmaqdan imtina edib, sinfini dəyişib... Deyirəm də, adamı Azərbaycandan çıxartmaq olar, ancaq Azərbaycanı adamdan yox.


P.S.: Con "Qarabağ" azarkeşidi, dayıları ağdamlıdı, Quzanlıda yaşayırlar, uşaq özü də hər il xeyli vaxtını orda keçirir.

 

Kənan Məstəliyev

 

Tarix: 17 Mart 16:36    Oxunub: 416    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.