Qriqorçuku "Qəbələ"dən qoparırlar: "Sərt və maraqlı məşqçidi, çox ağıllıdı"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun "Astana"nın sükanı arxasına keçəcəyi ilə bağlı məsələ gündəmdən düşmür.

 

Sportinfo.az xəbər verir ki, sports.kz saytı Qazaxıstan Premyer Liqasında çıxış edən bir sıra futbolçuların meneceri olan Sergey Novikovdan bununla bağlı fikir öyrənib.

 

Məlum olduğu kimi, "Astana"nın bolqar çalışdırıcısı Stanimir Stoilov Qazaxıstan milli komandasının yeni baş məşqçisi təyin olunub. Artıq xeyli vaxtdır müzakirə gedir ki, yayda bu kluba yeni çalışdırıcı gələcək və əsas namizəd kimi məhz Qriqorçukun adı çəkilir.

 

Novikov da bu təyinatın tərəfdarıdır: "Şəxsi fikrim belədi ki, yayda "Astana"da dəyişikliklər olmamalıdı. Çünki Stoilovun məşqçilər korpusundakı insanlar gəliblər.

 

Onlar təməli qoyanlardı. Nəticədə bu komanda həm daxili, həm də beynəlxalq arenada möhtəşəm çıxış edir. Ona görə də hesab edirəm ki, məşqçilər korpusu sonadək işləməlidir və onlarla "Astana"da hər şey alınacaq.

 

Ancaq birdən nəsə baş versə, şəxsi fikrim budu ki, "Astana" və Qazaxıstan üçün ən yaxşı variant məhz cənab Qriqorçukdu. Fikrimcə, o, hardasa Stoilova bənzəyir - intizamı, oyun sistemi ilə.

 

Qriqorçuk "Çernomorets"i 1, Qəbələ"ni 2 dəfə Avropa Liqasının qrupuna çıxarıb. Sərt və maraqlı mütəxəssisdi, çox ağıllıdı.

 

"Çernomorets"lə uğurlar qazanıb, Azərbaycanda əla işləyir. Buna görə də onun "Astana"nı qəbul etmək şansı çoxdu".

Tarix: 17 Mart 14:12    Oxunub: 499    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.