Qurbanov Axundovu milliyə indi nəyə görə çağırıb?

Azərbaycan millisinin Belarus və Makedoniyailə yoldaşlıq görüşləri üçün açıqlanan heyətdə 24 futbolçu yer alıb.

 

Sportinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun dəvət göndərdikləri arasında oyun sayında rekordçu legionerimiz Araz Abdullayevdi.

 

26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi Yunanıstan Super Liqası Topaz Premyer Liqasından (TPL) əvvəl başladığından, "Anortosis"in heyətində daha çox meydanda olmaq imkanı olub. Hələ Arazın bir ara zədəsi olub. 

 

Bombardir isə TPL-in təmsilçisi Tural Axundovdur. Özü də "Sumqayıt"ın sağ cinah müdafiəçisi millinin debütantıdır. Turalın hesabında 3 qol var ki, onlardan 2-nə penaltidən imza atıb. Ümumiyyətlə, Axundov qış fasiləsindən sonra ilk 3 turda qolları sıralamasıyla diqqət çəkib.

 

Ümumiyyətlə, 30 yaşlı futbolçu ən çox oyun keçirən sırasında da liderdir. Məlum olduğu kimi, TPL-də qış fasiləsindən sonra 6 tur olub. Axundov da bu 6 oyunu əvəzolunmadan keçirib. TPL-dən 8 belə futbolçu var. 

 

Ən az oynayan isə Səlahət Ağayevdir. Yalnız 1 qarşılaşmada - "Sumqayıtla səfər matçında 90 dəqiqə meydanda olan təcrübəli qapıçı uzun müddətdir zədədən əziyyət çəkərək əsas heyətdə yerini itirib.

 

Artıq əsas qapıçıya çevrilən Rəşad Əzizli həmin oyunda sağlıq durumunda problem olduğundan kənarda qaldığından, Səlahətə əsas heyətdə şans verilmişdi. 

 

Qapıçılar
Rəşad Əzizli (Neftçi) - 5 oyun (450), -4 qol

Kamran Ağayev (Keşlə) - 5 oyun (450 dəqiqə), -7 qol

Səlahət Ağayev (Neftçi) - 1 oyun (90), -2 qol

 

Müdafiəçilər

Tural Axundov (Sumqayıt) - 6 oyun (540), 3 qol

Ruslan Abışov (Neftçi) - 6 oyun (540), 1 qol 

Maksim Medvedev (Qarabağ) - 6 oyun (540)

Ürfan Abbasov (Qəbələ) - 6 oyun (540)

Rahil Məmmədov (Səbail) - 6 oyun (540)

Şəhriyar Rəhimov (Kəpəz) - 6 oyun (540)

Elvin Yunuszadə (Qarabağ) - 3 oyun (270), 1 qol

Pavel Paşayev (“Aleksandriya”, Ukrayna) - 4 oyun (360)

 

Yarımmüdafiəçilər

Araz Abdullayev (“Anortosis”, Kipr) - 9 oyun (606), 1 qol

Dmitri Nazarov (“Aue”, Almaniya) - 7 oyun (533)

Cavid İmamverdiyev (Sumqayıt) - 6 oyun (540), 1 qol

Rəhman Hacıyev (Neftçi) - 6 oyun (475) 

Riçard Almeyda (Qarabağ) - 6 oyun (527)

Emin Mahmudov (Neftçi) - 6 oyun (518)

Namiq Ələsgərov (Neftçi) - 6 oyun (356), 1 qol 

Coşqun Diniyev (Qarabağ) - 5 oyun (410)
Asif Məmmədov (Qəbələ) - 5 oyun (404)
Rəşad Eyyubov (Sumqayıt) - 5 oyun (369), 1 qol
Qara Qarayev (Qarabağ) - 5 oyun (294)
 

Hücumçular 
Amil Yunanov (Sumqayıt) - 6 oyun (441), 3 qol 
Ruslan Qurbanov (Qəbələ) - 6 oyun (540)

Tarix: 17 Mart 14:00    Oxunub: 659    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.