"Neymar “Real”a keçir? Mən heç nə bilmirəm, Peresdən soruşun"

PSJ-nin futbolçusu Neymarın “Real”a keçəcəyi barədə yayılan söz-söhbət səngimir.

 

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatında bu məsələ ilə bağlı müxtəlif versiyalar səslənir.

 

Neymar cari mövsümdə Fransa çempionatında 20 oyunda 20 qol vurub, 16 qol ötürməsi edib. PSJ-nin baş məşqçisi Unai Emeriyə də bu barədə sual verilib.

 

Emeri suala bir qədər əsəbi cavab verib: “Deyəsən axı, mən mətbuat konfranslarında 30 dəfə demişəm ki, PSJ ilə Neymarın müqaviləsi uzunmüddətli və möhkəmdi. Neymar “Real”a keçir? Mən heç nə bilmirəm. Bu barədə Florentino Peresdən soruşun”.

Tarix: 17 Mart 13:48    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.