Milli komandamızın 17 yaşlı qapıçısı özünü güllələdi - VİDEO

Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.


Sportinfo.az xəbər verir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb.


Martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.


Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.


Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdı. O, 1 dəfə və U-17 millisinin fevralda keçirilən bir həftəlik təlim-məşq toplanışında olub.

 

Rəsmi turnir və oyunlarda iştirak etməyib. Hazırda yığma komanda Ukraynada toplanışdadı. Firəngiz həmin toplanışa dəvət olunmayıb.

 

Tarix: 17 Mart 13:12    Oxunub: 642    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.