Rüfət Dadaşov "Dinamo"ya vacib qələbə qazandırdı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindioyi “Dinamo” (Berlin) doğma meydanda “Auerbax” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. O, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.

 

Bununla da, Rüfət cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb. "Dinamo" hazırda 43 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Tarix: 17 Mart 12:48    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.