AKADEMİYA - "Qəbələ" 8 cavabsız qolla vahid lider oldu

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, Gənclər Liqasında “Keşlə”ni qəbul edən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb.

 

18 matçda 48 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridi. "Qəbələ"nin U-17 komandası isə səfərdə “Keşlə”ylə qolsuz heç-heçə edib. 24 görüşdə 61 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

U-16 öz meydanında “Səbail” üzərində böyükhesablı qələbə əldə edib - 3:0. "Qırmızı-qaralar" 21 matçdan sonra 52 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.

 

“İsgəndər Cavadov BFA” ilə qarşılaşan "Qəbələ"nin U-15 komandası isə evdə 8 cavabsız qol vurub. 20 görüşdə 52 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridi.

 

Paytaxt regionunda çıxış edən "Qəbələ"nin U-14 komandası “Neftçi” PFK ilə matçda 3 xal qazanıb - 3:1. 17 oyunda 47 xal toplayan komanda bütün rəqiblərini qabaqlayır. “Vətən” RİOEUFGM-a 2:3 hesabı ilə uduzan U-13 üçüncü pilləyə enib.

 

17 görüşdə 41 xal yığan komanda liderdən üç xal geri qalır. U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” UGİM “Rabitəçi”yə (Yevlax) 6, UGİM isə Yevlaxın UGİM-inə 11 cavabsız qolla qalib gəlib. 16 matçdan sonra “Qəbələ” 43 xalla 1-ci, UGİM 40 xalla 2-cidi.

 

U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” İsmayıllı UGİM-ini 12:0, UGİM isə Yevlax UGİM “Rabitəçi”sini 8:2 hesabı ilə yenib. 16 turdan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 33 xalla 2-cidi.

 

U-10 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” Gİİ üzərində qələbə qazanıb - 6:0. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sindən güclü olub- 4:1. 15 turdan sonra “Qəbələ” 45 xalla 1-ci, Gİİ 30 xalla 2-ci, UGİM 24 xalla 4-cüdü.

Tarix: 17 Mart 11:24    Oxunub: 176    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.