Millimizin futbolçusunun taleyinə nə vaxt aydınlıq gələcək?

“Slaviya” ilə 3 illik müqavilə bağlayan Fərid Nəbiyevin problemlə üzləşdiyini xəbər vermişdik. 


U-21-in üzvü olan yarımmüdafiəçinin işçi vizası olmadığından Çexiyaya qayıda bilmir.

 

Oyunçunun agenti Vaqif Heydərli qısa müddətdə, daha dəqiq desək, 1-2 ay ərzində problemi yoluna qoyacaqlarını bildirmişdi.

 

Heydərli onu da vurğulamışdı ki, ən pis halda “Slaviya” Fəridi hansısa kluba icarəyə verəcək.

 

FİFA menecerinin bildirdiyinə görə, martın 27-də Fəridin sənədlərinə baxılacaq. Ondan sonra bəlli olacaq ki, müştərisinə nə vaxt Çexiyaya dönmək izni veriləcək.

 

İcarə variantına gəlincə, Fəridlə maraqlanan klub çoxdu. Ancaq bir məsələ var ki, hamısı “Slaviya”nın oyunçusunu ən azı qışa qədər icarəyə götürmək istəyir.

 

Bu isə nə kluba, nə də bizə sərf edir. Bu üzdən tələsik qərar vermək istəmirlər. Sənədləşmə ilə bağlı problem ləngiyəcəyi halda başqa variantları gözdən keçirəcəklər.

 

Ola bilsin, Nəbiyev yaya qədər Avropanın başqa ölkəsində aşağı dəstədə çıxış edən klublardan birinin şərəfini qorudu. Fəridin yetirməsi olduğu “Qəbələ“yə dönməsinə gəlincə, bu variant gözdən keçirilmir.

 

Ümumiyyətlə, Heydərli futbolçusunun qarşıdakı bir neçə ildə Azərbaycana qayıtmasının əleyhinədi və məqsədi onu Avropada saxlamaqdı (Sportinfo.az).

Tarix: 17 Mart 11:00    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.