FİFA AFFA-da audit aparacaq

FİFA-ya üzv olan bütün 211 milli assosiasiya və 6 konfederasiyada mərkəzləşdirilmiş audit aparılacaq.

 

Sportinfo.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlamaları dünya səviyyəli müstəqil auditorlar həyata keçirəcək.

 

Məqsəd üzv təşkilatlara Forvard fondların ayırdığı vəsaitdən istifadəyə nəzarət etməkdir. Hazırda bu vəsaitlərin təyinatı üzrə istifadəsinin təmin olunması üçün sərt nəzarət mövcuddu.

 

Maliyyə hesabatında bildirilir ki, FİFA dünya ölkələrinin futbol assosiasiyalarından Uşaq Futbolunun İnkişaf Proqramında iştirakları üçün 1554 ərizə alıb.

 

2015 - 2018-ci illərdə proqram çərçivəsində milli futbol qurumlarına 1,79 milyard dollardan 393 milyon dollar köçürülüb.

 

Qalan pul vəsaitləri hər bir assosiasiya ilə razılaşdırılmış qaydada mərhələli şəkildə köçürüləcək. Bu zaman layihənin nə dərəcədə uğurla həyata keçirildiyi nəzərə alınacaq.

Tarix: 17 Mart 10:48    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.