Gənc futbolçu infeksiyadan dünyasını dəyişdi

Norveç futbolu Adrian Lillebekk Ovlienin ani ölüm xəbəri ilə sarsıldı.

 

Sportinfo.az xəbər verir ki, Norveç II Liqasında mübarizə aparan "Konqsvinqer"də çıxış edən 20 yaşlı müdafiəçi ölkəsində gələcək vəd edən futbolçulardan sayılırdı.

 

Futbolçu Norveçin aşağı yaş qrupları üzrə millilərdə çıxış edib.  O, cəmi 20 yaşında gözlərini əbədi olaraq yumub. Adrianın klubunun yaydığı bəyanata görə, gənc futbolçu infeksiyadan dünyasını dəyişib.

 

Məlumatı müdafiəçinin agenti Henninq Andersen də təsdiq edib: "Ağır infeksiyaya yolxub və qısa zamanda qanına yayılıb. Bizim üçün çətindi. 20 yaşlı bir dünya sakinin belə şəkildə vəfatı dözülməzdi".

Tarix: 17 Mart 10:36    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.