Ziya Əzizov oynadı, komandası 4 qola sevindi

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 30-cu turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 74-cü dəqiqəsində meydana buraxılıb. "Den Boş" hazırda 41 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

Tarix: 17 Mart 10:24    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.