Məmmədyarov İddiaçılar Turnirində növbəti qələbəsini Kramnik üzərində qazandı

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb.

 

Rəqib 64-cü gedişdə təslim olub. Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.

 

Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0

Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0

 

Hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.

Tarix: 17 Mart 00:40    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.