"Bunun mənə dəxli yoxdu, onları bu işə məcbur etməmişəm”

Məşhur futbol agenti Mino Rayola cəzalana bilər.

 

Sportinfo.az xəbər verir ki, Rayolanın vergi maxinasiyalarına yol verdiyi barədə şübhələr yaranıb.

 

Hollandiyanın vergi əməkdaşları bir neçə kompaniyanın fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb. Ehtimal olunur ki, bu kompaniyalar futbolçuların transferləri zamanı vergi orqanlarını aldadıblar.

 

Onların arasında Rayolaya məxsus “Maguire Tax and Legal” da var. Agent özü isə bu məsələni təkzib edib. O, əməkdaşlıq etdiyi futbolçuların hansısa kompaniya ilə birgə çalışmasına görə də məsuliyyət daşımadığını bildirib:

 

“Bu, mənim işim deyil. Mənim oyunçularım hansısa şirkətlə əməkdaşlıq ediblərsə, bunun mənə dəxli yoxdu. Onları bu işə mən məcbur etməmişəm”.

Tarix: 17 Mart 00:00    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.