“Barselona” vaxtından əvvəl arxayınlaşmamalıdı"

“Püşkün nəticəsindən razıyam. “Barselona” kimi komanda ilə oynamaq bizim üçün yaxşı stimuldur”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri “Roma”nın direktoru Françesko Totti deyib.

 

“Roma”nın canlı əfsanəsi sabiq komandasının Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona”ya rəqib olmasına münasibət bildirib.

 

O, “Roma”nın istənilən komanda ilə mübarizə aparmaq gücündə olduğunu qeyd edib: “Çempionlar Liqasında 8 ən yaxşı komanda sırasına daxilik. İstənilən rəqibə meydan oxumağa hazırıq.

 

“Barselona” vaxtından əvvəl arxayınlaşmamalıdır. Qrup mərhələsində “Çelsi” və “Atletiko” kimi komandalardan üstün olduq. Sonra isə "Şaxtyor" 1/8 finalda məğlub etdik”.

Tarix: 16 Mart 21:00    Oxunub: 174    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.