"İnanmıram ki, Azərbaycan futboluna bu cür tarix yazan məşqçi bir daha gəlsin"

“Böyükağa Hacıyevin ürəyi futbolla döyünürdü. Son günə qədər futbolla idi, giley-güzarını çatdırırdı”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov tanınmış məşqçi Böyükağa Hacıyevin vəfatı ilə bağlı danışarkən deyib.

 

O bildirib ki, Azərbaycan böyük bir mütəxəssisi itirib: “Çox böyük itkidir. O həm sloqanları, həm özünü istətməyi, həm də məşqçi bacarağı ilə yadda qalacaq.

 

Mətbuat konfransları yadıma düşür. Onun nə sözü, nə də futbolu şablon olub. “Neftçi”nin qazandığı uğurlarda böyük pay sahibidir.

 

Üzərimizdə haqqı var. Özü ilə danışanda da dedim ki, haqqını halal et. Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı məşqçidir”.

 

S.Sadıqov dəfn mərasimində gözlənildiyi qədər çox insanın iştirak etməməsinə də toxunub: “Vəfatı qəfil oldu. Dəfnə gələnlərin hamısına "çox sağ ol" deyirəm. Qəfil olmasaydı, gələn də çox olardı. Onun sevənləri çoxdur.

 

Gözəl insanı itirdik. Dəyərli qardaş idi. İnanmıram ki, Azərbaycan futbolunda bu cür tarix yazan, öz dəst-xətti olan məşqçi bir daha gəlsin. Allah ömür versəydi, daha böyük uğurlara imza atardı. Bu cür insanlar tək-tük olur. Allah rəhmət eləsin”.

 

20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb.

 

Bundan başqa, tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Tanınmış mütəxəssis bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

Tarix: 16 Mart 20:24    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.