“Qarabağ”la evdəki oyun “Roma”nın irəliləməsinə səbəb oldu"

Cari mövsüm Çempionlar Liqasını qazanmağa ən real namizədlər açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, yoluna davam edən 8 komanda üç kateqoriyaya bölünüb.

 

Bir nömrəli favorit son iki ilin qalibi “Real” göstərilir. “Kral klubu”ndan sonra “Barselona” və “Mançester Siti”nin şansları yüksək qiymətləndirilir. “Yuventus”, “Bavariya” və “Liverpul” “ümidlilər” bölməsinə aiddilər.

 

Şansı ən az hesab olunan komandalar isə “Roma” və “Sevilya”dı. “Roma”nın çıxışını dəyərləndirən həmkarlarımız “canavarlar”ın evdəki uğurlu çıxış sayəsində 1/4 finala qədər irəlilədiyini vurğulayıblar:

 

“Qrupda “Çelsi”, “Atletiko” və “Qarabağ”la evdəki uğurlu oyun “Roma”nın irəliləməsinə səbəb oldu. Rəqiblərə nəzər yetirdikdə, bu yolun necə çətin keçildiyini anlamaq çətin deyil.

 

Ancaq məhz bu cür qrupdakı qələbələr futbolçuların həm təcrübələrini artırdı, həm də onlarda qalibiyyət ruhunu formalaşdırdı.

 

“Şaxtyor”a səfərdəki məğlubiyyətin əvəzini də doğma azarkeşləri önündə çıxaraq, 1/4 finala yüksəldilər. Lakin bundan sonra təkcə evdə uğurlu nəticə kifayət etməyə bilər” (apasport.az)..

 

“Roma” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi” (3:0) və “Qarabağ”ı (1:0) öz meydanında məğlub etmiş, “Atletiko” (0:0) ilə bərabərə qalmışdı.

Tarix: 16 Mart 19:36    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.