"Qəbələ" rəhbərliyi sərt addım atmağa hazırlaşır – Dollar yox, manat!

Çempionluq həvəsi ilə mövsümə start verən, lakin sona 8 tur qalmış «Qarabağ»ın 10 xal gerisinə düşən «Qəbələ» rəhbərliyi bəzi radikal qərarlar qəbul etməyə hazırlaşır. 

 

Yola salınacaq futbolçuların siyahısı hər ötən tur genişlənməkdədi. Artıq onların sayı 10-a yaxınlaşır.

 

Öncəlik legionerdədi. Xüsusən ötən yay alınan əcnəbi oyunçuların bir çoxu ilə vidalaşmaq zərurəti yaranıb.


Daha bir yenilik müqavilənin maliyyə şərtləri ilə bağlıdı. Məsələ ondadı ki, «qırmızı-qaralar» yerlilərlə dollar, legionerlərlə avro üzərindən hesablaşır. Bu, illərdi və ölkədə ardıcıl 3 dəfə devalvasiya qeydə alınsa da, əyalət təmsilçisi dəyişikliyə getməyib.


Baxmayaraq ki, «Qarabağ» hələ 2015-ci ilin martında, ilk devalvasiyadan sonra bu addımı atıb. Yerlilərin ödəmələri manata keçib, legionerlərin bəzisi isə əməkhaqlarının avroyla deyil, dollarla almağa razılaşıb. Artıq «Qəbələ» də bu kursu seçir. 

 

SPORTİNFO.AZ

Tarix: 16 Mart 19:00    Oxunub: 616    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.