"Qarabağ"ın dağ çəkdiyi rəqib "Sportinq"lə qarşılaşacaq - Avropa Liqa püşkü

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Avropa Liqasının final oyununun səfiri olan Erik Abidal da iştirak edib.

 

Püşkatmada İtaliya (Latsio), İngiltərə (Arsenal), Fransa (Marsel), Portuqaliya (Sportinq), İspaniya (Atletiko), Almaniya (Leyptsiq), Rusiya (ÇSKA) və Avstriya (Zalsburq) hərəyə bir komanda ilə təmsil olunub.

 

Turnirin favoritlərindən olan "Arsenal" bu mərhələdə ÇSKA ilə qarşılaşacaq.  1/8 finalda Dortmund "Borussiya"sını mübarizədən kənarlaşdırmış "Zalsburq" isə bu dəfə "Latsio" ilə üz-üzə gələcək.

 

Digər cütlərdə isə "Leyptsiq" "Marsel"lə, "Atletiko" isə "Sportinq"lə qarşılaşacaq. Avroliqanın 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 

Leyptsiq (Almaniya) - Marsel (Fransa)

Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)

Atletiko (İspaniya) - Sportinq (Portuqaliya) 

Latsio (İtaliya) - Zalsburq (Avstriya)

 
Tarix: 16 Mart 16:48    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.