Böyükağa Hacıyev son mənzilə yola salındı - FOTOLAR

Bu gün səhər dünyasını dəyişən “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevlə vida mərasimi keçirilib.

 

Sportinfo.az xəbər verir ki, mərhumla vida mərasimi ailə üzvlərinin yaşadığı məhəllədəki xeyir-şər evində təşkil olunub. 


Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, “Neftçi”nin sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, AFFA Məşqçilər Komitəsinin üzvləri, “Keşlə”nin prezidenti Zaur Axundov, “Neftçi” rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov və futbolçular, eləcə də digər klublarının rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Daha sonra mərhum dəfn olunmaq üçün Keşlə qəbiristanlığına aparılıb. Cənazə namazının ardından B.Hacıyevin nəşi torpağa tapşırılıb. 


20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı"ya Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb.

 

Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

 








 
Tarix: 16 Mart 16:24    Oxunub: 577    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.