"Barselona" "Roma" ilə MS "Liverpul"la qarşılaşacaq - ÇL-də püşk atıldı

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma saat 15:00-da başlayıb. 

 

Püşkatmada İspaniyanın üç (“Sevilya”, “Real”, “Barselona”), İngiltərə (“Liverpul”, “Mançester Siti”) və İtaliyanın (“Yuventus”, “Roma”) iki, Almaniyanın (Bavariya) isə bir komandası iştirak edəcək.

 

Bu mərhələdə də komandalar səbətlərə bölünməyəcək. Yəni bütün komandalar bir-birinə rəqib ola bilər. 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

 

Barselona (İspaniya) - Roma (İtaliya)

Sevilya (İspaniya) - Bavariya (Almaniya)

Yuventus (İtaliya) - Real (İspaniya) 

Liverpul (İngiltərə) - Mançester Siti (İngiltərə) 

Tarix: 16 Mart 15:24    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.