"Vallah, başımız elə qarışıb ki, Premyer Liqa da yadımıza düşmür"

«Vallah, başımız elə qarışıb ki, heç Premyer Liqa da yadımıza düşmür».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qaradağ Lökbatan»ın prezidenti Tahir Mustafayev deyib.


I Divizionun lideri son 4 turu məğlubiyyətlə bitirib. Uğursuz gedişat kelub rəhbərliyini, sözün həqiqi mənasında, çaşdırıb. «Başlarını itiriblər» deməyək. Amma fakt budu ki, Həbib Ağayevin işinin öhdəsindən gələ bilməməsi komandanı bir-birinə vurub.


Aşağı dəstəni ilk pillədə bitirmək istədiklərini söyləyən T.Mustafayevin bildirdiyinə görə, AFFA-nın Lisenziyalaşdırma Proqramının tələblərini yerinə yetirməyə çalışacaqlar:

 

«Onlarla tanışıq və bilirik ki, AFFA bizdən nə istəyir. İnanmıram ki, sənədləşmədə bir problem yaransın. Hər halda bu istiqamətdə yavaş-yavaş öz işlərimizi görürük.

 

Gələn mövsüm Premyer Liqada çıxış edib-etməyəcəyimiz barədə bu dəqiqə düşünməyə vaxtımız yoxdu. Bütün günü komandayla məşğuluq. Məğlubiyyətlər hamımızı məyus edib. Fikrimiz yalnız odu ki, nətəhər edək, bu vəziyyətdən çıxaq.

 

Bəli, təxminən ilyarım öncə demişdim ki, kluba əlavə sponsorların cəlb olunmasına çalışacağıq. Məqsədimiz Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkət və müəssisələrə müracit edib, onların reklam lövhələrini stadionda yerləşdirmək idi. Onlarla işimiz yarımçıq qalıb.

 

«Qaradağ» əvvəl hardan maliyyələşirdisə, indi də ordan maliyyələşir. Maddi vəziyyətimiz sabitdi. Birindən zəif yaşasaq da, onundan yaxşı yaşayırıq. Himayədarımız kluba I Divizion səviyyəsində çox yaxşı baxır. Komandamız bu diqqətin qarşılığını verməlidi. Çempionluğa ən real namizəd yenə bizik». 

Tarix: 16 Mart 18:12    Oxunub: 643    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.