İstəyi nəzərə alınmadı, millinin formasını geyməkdən imtina etdi

Klaudio Bravo daha Çilli millisində çıxış etməyəcək.

 

Sportinfo.az xəbər verir ki, qolkiper millinin təlim-məşq toplanışına dəvət almasından narazıdı. 

 

Bravo bildirib ki, onu yığmaya istəyinə qarşı olaraq dəvət ediblər. Halbuki o, qarşıdakı toplanışda iştirak etmirdi. İstəyinin nəzərə alınmamasına görə, Bravo millinin formasını geyməkdən imtina edib. 

 

34 yaşlı qapıçı ilə Çili Futbol Federasiyası arasında problem olduğu deyilir. Belə ki, federasiya rəhbərliyi Bravoya toplanış zamanı şəxsi məşqçisi ilə çalışmağa imkan verməyib.

Tarix: 16 Mart 18:24    Oxunub: 172    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.