"Həmişəkindən iki dəfə artıq çalışacam ki, Qurban Qurbanovun gözünə girim"

«Çox böyük sevinc icindəyəm» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.


Azərbaycan yığması martın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.

 

15-28 mart tarixlərində təlim-məşq toplanışında olacaq milliyə “Sumqayıt”ın 4 futbolçusu - Amil Yunanov, Cavid İmamverdiyev, Tural Axundov və Rəşad Eyyubov dəvət alıb.


Ötən yay «Neftçi»ni «Sumqayıt»a dəyişən və son vaxtlar əla forma yığan, vurduğu qollarla «kimyaçılar»ın cari mövsümü uğurlu keçirməsində böyük pay sahibi olan Cavid bildirib ki, Qurban Qurbanovun etimadını doğrultmaq və millidə qalıcı olmaq üçün əlindən gələn edəcək:

 

«Ölkənin əsas yığmasınıa çağırılmağı hər futbolçu istəyir. Ora futbolçunu elə-belə çağırmırlar. Hərtərəfli hazır olmalısan ki, baş məşqçinin diqqətini çəkə biləsən. Həm özümə, həm də «Sumqayıt»dan milliyə dəvət alan komanda yoldaşlarıma görə sevincimin həddi-hüdudu yoxdu.

 

Mən deyə bilmərəm ki, Qurban Qurbanov «Sumqayıt»dan daha kimlərə dəvət göndərməliydi. Bu, sırf onun səlahiyyətində olan seçimdi, biz qarışa bilmərik. Kimi çağırıbsa, əlindən gələni etməlidi. Mənim üçün bundan böyük fəxr ola bilməz.

 

Əvvəllər də milliyə dəvət almışam, bu dəfə həmişəkindən iki dəfə artıq çalışacam ki, yaxşı mənada Qurban müəllimin gözünə girim. Bundan sonra millidə əsas heyət üzvü olmaq istəyirəm. Verilən bütün tapşırıqları canla-başla yerinə yetirəcəm.

 

Bu dəvət məsuliyyət hissimi birəbeş artırır. Bilirəm ki, Qurban müəllim bütün futbolçulara fikir verir, onlar barədə məlumat toplayır. Mən də istəyirəm ki, haqqımda ancaq yaxşı sözlər eşitsin. Çünki millinin formasını geyinəndə özümü çox xoşbəxt hiss edirəm».

Tarix: 16 Mart 15:48    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.