"Fit çaldıqları zaman insanın qulaq pərdəsində təzyiq yaranırdı”

Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda “Beşiktaş”ı məğlub edən (5:0, 3:1) “Bavariya” 1/4 finala rahat vəsiqə qazandı.

 

Sportinfo.az xəbər verir ki, İstanbul klubu Bundesliqa nəhəngi ilə qarşılaşmada oyunu ilə rəqibi təəccübləndirməsə də, bu klubun azarkeşləri Almaniyada diqqət mərkəzinə düşüb.

 

Belə ki, “qartallar”ın fanatları “Beşiktaş Park”da yaratdıqları atmosferlə rəqibi təəccübləndiriblər.

 

"Bavariya”nın hücumçusu Tomas Müller matçdan sonra Almaniya mətbuatına açıqlamasında yerli azarkeşlərin tribunalarda yaratdığı atmosferi xüsusi vurğulayıb:

 

“İkinci hissədə çox top itirdik. Təbii ki, bunda rəqibin istəkli oyunu ilə yanaşı, yerli azarkeşlərin təzyiqinin də böyük rolu oldu. Fit çaldıqları zaman insanın qulaq pərdəsində təzyiq yaranırdı”.


Qrup mərhələsində “Beşiktaş”ın rəqibi olmuş digər alman klubu “Leyptsiq”in hücumçusu Timo Verner azarkeşlərin yaratdığı səs-küyə dözməyərək, baş məşqçidən əvəzlənməsini istəmişdi.

Tarix: 16 Mart 17:36    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.