"Neftçi" büdcəyə qənaət etmək məqsədilə bu addımı atdı

Ötən ay «Neftçi»də görəvə gələn  rəhbərlik növbəti yeniliyi rəsmiləşdirib.

 

Bundan sonra klubun heç bir komandası səfər oyunlarına 1 gün əvvəl yollanmayacaq.

 

Yalnız əsas kollektiv istisnadı. Bu addım büdcəyə qənaət etmək məqsədilə atılıb. 

 

Araşdırma zamanı müəyyən edilib ki, keçmiş yönətimin vaxtında bu adla klubun büdcəsindən xeyli vəsait çıxıb. Hansı ki, istənilən rayona səfərin maliyyə xərci bir neçə dəfə şişirdilib  bura otel və yemək məsrəfi də daxildi.


Bu «praktika» son vaxtlaradək geniş yayılmışdı. Əksər klublar artıq bundan imtina edib.

 

Əvzedici heyət də daxil, aşağı yaş qrupları üzrə komandalar üçün nəticə qazanmaq bir nömrəli məsələ deyil.

 

Əsas oyun praktikası qazanmaq və istedadlı uşaqları üzə çıxarmaqdı. Nəyə görə, kimsə onların adından istifadə edib, cibini dolduormalıdı?

 

Adicə Qəbələyə 1 gün öncədən yollanmaq kluba bir neçə min manata başa gəlirsə… Demək ki, burda nəsə olmamış deyil.

 

Sportinfo.az

Tarix: 16 Mart 15:00    Oxunub: 502    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.