"Bu qarşılaşmanın ən yaxşı oyunçusu baş hakim idi"

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu Avropa Liqasının 1/8 finalında “Arsenal”la keçirilən cavab qarşılaşmasından (1:3) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Hakan qarşılaşmanın baş hakimi Yunas Erikssonu tənqid edib.

 

Türk futbolçu hakimi yanlış penalti təyin etməkdə günahlandırıb: “Londonda “Arsenal”a qarşı yaxşı oynadıq. Burda bunu etmək asan deyil. Biz hesabı açdıq, amma sonra inanılmaz qol buraxdıq.

 

Bu, Avropa Liqası üçün normal hal deyil. Rodriges rəqibə toxunmadı, amma hakim penalti təyin etdi. Eriksson qarşılaşmanın ən yaxşı oyunçusu idi. Bunu heç vaxt unutmayacam”.

Tarix: 16 Mart 14:36    Oxunub: 122    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.