"Qarabağ"a verilən suallar, "Neftçi"nin dar skamyası, itirənlər - "Qəbələ" və "Zirə"

Özü xal itirən, «Sumqayıt» və «Neftçi» səddində budrəyən «Qarabağ» yenə də fürsət tapıb ən prinsipial rəqibindən - «Qəbələ»dən uzaqlaşmaqdadı.

 

İndi onlar arasındakı məsafə 10 xalla ölçülür.

 

Beləliklə, qarşıdakı 8 tur ərzində «Qəbələ», əməli olaraq, ən qeyri-mümkün olanı həyata keçirməyə qadir olduğunu göstərməlidi.

 

Çox maraqlıdı ki, bu dəfə «Qarabağ»ı «Neftçi» büdrətdi. Paytaxt klubu özündən irəlidə olanları təqib etməyə çalışsa da, hələlik istəyinə tam nail ola bilmir.

 

Bu ilk növbədə «Sumqayıt»ın inamlı oyunlar seriyası sayəsində baş verir. Əvəzində, sumqayıtlılar medalçılar sırasında yer almağa çox yaxınlaşıb. Çünki itirənlər arasında «Zirə» də var.

 

Sonuncu dəfə ötən ilin dekabrında qalib gəlmiş kollektiv yeni ildə qələbə üzünə həsrətdi. Bu isə əsas təqibçisi ilə xal nisbətinin onların əleyhinə dəyişməsinə səbəb olub. Beləliklə, finiş ərəfəsində çempionluq maraqsızlaşsa da, medallar uğrunda rəqabət qızışmaqdadı.

 

Ümumən, ötən tur autsayderlər və iddialılar baxımından ilk təhlillərə başlamaq üçün münbit zəmin yaradıb və qarşıdakı həftələrdə onlardan söhbət açacağıq.


Gəlin, baş verənlərə nəzərən ötən iki 2 turun əsas hadisələrinə nəzər salaq, «Sumqayıt»ın «Qarabağ»ı ölkə kubokundan kənarlaşdırandan sonra çempionatda da ona uduzmaması, xüsusi əhəmiyyət kəsb edir.

 

Heç olmasa, bu rəqiblə qarşılaşmalarda «Qarabağ» əsas çatışmazlıqlarını görüb onu əyani problem kimi həll etməyə çalışmalıdı. Əks təqdirdə, ötəniliki ilə müqayisədə Avropa kuboklarında bir qədər də irəli gedən kollektiv görə bilməyəcəyik. Təkcə bu matç «Qarabağ» yeni mövsüm üçün potensial axtarışlarının əsas məqamlarını göstərir.


Dar ehtiyat skamyanın nə olduğunu «Qarabağ» ilə matç «Neftçi» yə göstərdi. Elə «Qarabağ»a da bu tur az suallar vermədi. Komandanın oyunu, ilk növbədə, Avropa səviyyəsi ilə ölçülür. Doğrudu, taktiki planda məşqçi korpusunun fərqli yanaşması alqışlana bilər.

 

Bununla belə, bu gün «Neftçi» ilə başabaş mübarizə aparan yarıəsas heyətin, sabah Avropa nəhəngləriylə hansı vəziyyətdə olacağını indilən düşünmək lazımdı. 


MUSA

Tarix: 16 Mart 14:12    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.