Azərbaycan yığması Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazandı

Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.

 

Sportinfo.az xəbər verir ki, günün nəticələrinə əsasən, Azərbaycanın qadın gimnastları 2 alətdə finala vəsiqə qazanıblar. 

 

Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, paralel qollarda isə M.Nekrasova və Mariya Smirnova medallar uğrunda mübarizə aparacaqlar.

 

İdmançıların təsnifat yarışlarının ardınca isə turnirin açılış mərasimi start götürüb. Tədbiri Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev açaraq bu gün ölkədə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb.

 

Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Y.Məmmədəliyev bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb.

 

Daha sonra “Gimnastika - gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Azərbaycan Dövlət Himnini səsləndirərək bədii hissəyə giriş edib.

 

Ardınca isə meydança azyaşlı gimnastların ixtiyarına verilib. Maraqlı şou proqramla izləyicilərin qarşısına çıxan 130-dan çox gimnast öz bacarıqlarını sərgiləyərək açılış mərasiminə yekun vurublar. Bu gün xanım gimnastlar sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

Tarix: 16 Mart 13:48    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.