Stadionun mühafizəçiləri döyüldü

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletik” və “Olimpik” (Marsel) arasında keçirilmiş cavab oyunundan öncə insident qeydə alınıb.

 

Sportinfo.az xəbər verir ki, Marsel təmsilçisinin azarkeşləri oyunun keçirildiyi “San Mames” stadionunun mühafizəçilərinə hücum ediblər. 

 

Tərəflər arasındakı dava-dalaş arenanın təhlükəsizlik xidmətinin iki əməkdaşının yaralanması ilə nəticələnib. 

 

Onlar dərhal xəstəxanaya çatdırılıblar və həyati təhlükələrinin olmadığı bildirilir. Mühafizəçilərə hücum çəkən fransız fanatların bir neçəsi saxlanılıb.

 

Oyunun gedişi zamanı da fransız azarkeşlərin tribunalarda olaylar çıxardığı xəbər verilir. Bu oyun Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da qələbə qazanmış marsellilər 1/4 finala yüksəliblər.

Tarix: 16 Mart 13:36    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.