Böyükağa Hacıyev xəstəxanada dünyasını dəyişdi

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev bir qədər öncə dünyasını dəyişib.


Sportinfo.az xəbər verir ki, fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan məşqçinin durumu get-gedə pisləşirdi.

 

Neftçi“ni Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.

 

Ona ürəyi ilə yanaşı, başındakı şiş də əziyyət verirdi. Bir neçə il öncə Moskvada başından əməliyyat olunan Hacıyevun həmin vaxt xərcini “Neftçi“ çəkmişdisə, bu dəfə məsrəfi qarşılamağı AFFA öz üzərinə götürmüşdü.

 

Tarix: 16 Mart 11:48    Oxunub: 617    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.