"Trabzonspor" Ramil Şeydayevlə vidalaşmağa razılaşacaqmı?

FİFA bugünlərdə "Trabzonspor"a transfer qadağası qoyub.

 

Türkiyə klubu bir transfer pəncərəsi müddətində yeni futbolçular qeydiyyata ala bilməyəcək.


Buna "Trabzonspor"un Matuş Beronun transferinə görə "Trençin"aya pulu vaxtında ödəməməsi səbəbəb olub.

 

Məsələ burasındadı ki, 2016-17 mövsümü öncəsi Slovakiya klubundan alınan oyunçunun keçidi zamanı Qara dəniz təmsilçisi 250 min avro əskik ödəniş edib.

 

Qarşı tərəfin şikayətindən sonra məsələni araşdıran FİFA "Trabzonspor"a transfer qadağası tətbiq edib. Bu isə o deməkdi ki, Superliqa klubu yayda heç kimi heyətinə qata bilməyəcək.


Futbolçunun transfer dəyəri 2,5 milyon avro qiymətləndirilir. "Trabzonspor" qərarın ləğvi üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.


Hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdu.

 

Türkiyənin haber61.net saytı xəbər yayıb ki, Azərbaycan millisinin üzvü yayda Trabzona qayıdacaq. Lakin onun “bordo-mavililər”də qalıb-qalmaması özündən asılıdı.


Belə ki, “Trabzonspor”un baş məşqçisi Rıza Çalımbay 21 yaşlı forvardı yay təlim-məşq toplanışında sınamaq fikrindədi. Əgər həmin hazırlıqda Şeydayev özünü yaxşı tərəfdən göstərə bilsə, çalışdırıcı onu komandada saxlayacaq.


“Trabzonspor”un transfer qadağası olduğundan, Ramilin Qara dəniz təmsilçisində qalmaq şansı daha çox qiymətləndirilir. Ancaq bunun üçün hücumçu ilk növbədə çalışdırıcının gözünə girməyi bacarmalıdı. Əks təqdirdə, onun yenidən icarəyə verilməsi istisna deyil.


Bu mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 11 oyun keçirib, aktivinə qol yazdıra bilməyən forvardın özü isə “Trabzonspor” rəhbərliyi ilə anlaşıb, müqaviləyə qnarşılıqlı xitam verəcəklərinə ümid bəsləyir. Onda bu inamı yaradan qaradənizlilərin başqa klublarda çıxış edən futbolçuların ümumi sayıdı.

 

Belə ki, hazırda “bordo-mavililər”in 20-yə yaxın üzvü Super Liqa və PTT I Liqasında forma geyinir və onların çoxu iyunda düşərgəyə dönrməlidi. Şeydayev güman edir ki, trabzonlular üstünlüyü öz yetirmələrinə verib, onun ayrılmasına icazə verəcək.

 

Bu da var ki, Çalımbay həmin ərəfədə sükan arxasını tərk edə bilər. Mövsümün əvvəlində “Antalyaspor“dan gələn mütəxəssis konqresi gözləyir.

 

Tezliklə seçki keçiriləcək və klubun yeni rəhbərliyinin tərkibi məlum olacaq. O, mövcud şərtlərlə, yəni ağır maliyyə çətinliyi ilə üzləşən komandada qalıb çalışmağı mümkünsüz hesab edir.

 

SPORTİNFO.AZ

Tarix: 16 Mart 12:36    Oxunub: 456    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.