"Araz formada olanda, "Anortosis"də fərq yaratmağı bacarır"

Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" öz meydanında "Apollon"la qarşılaşıb.

 

Arazın meydana start heyətində çıxdığı qarşılaşma 1:1 nəticələnib. Hesabı ilk hissədə qonaqlar açsalar da, 57-ci dəqiqədə Pranyiçin penaltidən vurduğu qol matçda yekun hesabı müəyyənləşdirib.  


Bu komandalar arasında yarımfinalın cavab qarşılaşması aprelin 11-də keçiriləcək. Kiprin "protathlima.com" saytı Abdullayevin oyununu dəyərləndirib.

 

Yazıda son zamanlar gözlənilən formada olmayan millimizin üzvünün birinci hissədə əvəzlənməsinin düzgün qərar olduğu vurğulanıb. A.Abdullevin tez bir zamanda öz oyun səviyyəsini yüksəltməli olduğu bildirilib. 


Qeyd olunub ki, 25 yaşlı yarımmüdafiəçi yaxşı formada ikən komandada fərq yaratmağı bacarır: "Arazın yaxşı formada olması komandaya müsbət təsir edir".

Tarix: 16 Mart 12:24    Oxunub: 219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.