Azarkeşlər polisin dubinka zərbələrinə tuş gəldi.- FOTO

Çempionlar Liqasının 1/8 finalında keçirilən “Barselona” - “Çelsi” oyunundan sonra insident yaşanıb.

 

Sportinfo.az xəbər verir ki, insidenti “Çelsi” azarkeşləri törədib.

 

Məlumata görə, qarşılaşmadan sonra ingilis fanatlarla ispan polisi arasında qarşıdurma olub. Polis cavab tədbirləri görmək məcburiyyətində qalıb. İngilis azarkeşlər ispan polisin dubinka zərbələrinə tuş gəlib.

 

“Çelsi”nin mətbuat xidməti zərərçəkmiş azarkeşlərə müraciət edərək, hadisə barədə kluba məlumat vermələrini xahiş edib. Rəhbərlik araşdırma aparılacağını və insidentin İspaniya hakimiyyətinin diqqətinə çatdırılacağını bildirib.

Tarix: 16 Mart 11:12    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.