"Zirə" bizimlə heç-heçədən məmnun qalmalıdı" - MESAJ

"Yaxşı oyun alındı. Öncə konsentrasiyanı itirmişdik. Ümumiyyətlə, biz pis oynamadıq. Düşünürəm ki, "Zirə" heç-heçədən məmnun qalmalıdı" –

 

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in moldovalı futbolçusu Yevgeni Koçuk Premyer Liqanın XX turunda səfərdə "Zirə" ilə 1:1 heç-heçə etdikləri oyundan sonra söyləyib.


 
O, komandanın baş məşqçisi Samir Əliyevin fasilədə onlara kömək etdiyini deyib: "Samir müəllim birinci hissədə necə oynadıqsa, o cür də davam etməyimizi tapşırdı.

 

Hesaba baxmadan oynamağımızı və bizim yaxşı oyun sərgiləyəcəyimizi dedi. Komandaya ruh yüksəkliyi verdi. Biz isə nəticədə bərabərlik qolunu vura bildik.

 

Fikirləşirəm ki, bu oyunda iki xal itirdik. Buraxılan qolda səhvə yol verdik. Biz təsadüfən qapımızda qol gördük. Qol imkanlarımız da oldu. Bu şanslardan yararlana bilmədik".
 
25 yaşlı futbolçu son olaraq komandaya uyğunlaşdığını qeyd edib: "Artıq komanda ilə birgə çox oyunda iştirak etmişəm. "Səbail"ə tam olaraq uyğunlaşmışam. Hər şey əladı".

Tarix: 16 Mart 10:48    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.