"Bu, unudulmaz bir gecə idi"

“Sevilya”nın baş məşqçisi Vinçentso Montella Çempionlar Liqasının 1/4 finalında “Roma” ilə rəqib olmalarını arzulayır.

 

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bunu ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib:

 

“Biz “Mançester Yunayted”ə qalib gəlməklə möhtəşəm nəticəyə imza atdıq. Bu, unudulmaz bir gecə idi. Növbəti mərhələdə isə “Roma” və dostum Eusebio di Françesko ilə qarşılaşmağımızı istərdim”.

 

“Roma” Montella üçün doğma klubdu. O, paytaxt təmsilçisinə həm futbolçu, həm də məşqçi kimi xidmət edib.

Tarix: 16 Mart 10:36    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.