"Marca": "Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi"

"Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi".

 

Sportinfo.az xəbər verir ki, İspaniyanın nüfuzlu "Marca" nəşri "Atletiko"nun Avropa Liqasının 1/8 final mərhələsində "Lokomotiv"i üstələməsinə dair yazıya bu cür sərlövhə qoyub.

 

Məqalədə madridlilərin "dəmiryolçular"ını hər iki oyunda darmadağın edərək, 1/4 finala yüksəldiyi cavab görüşündən bəhs edilib. Hazırkı "Atletiko"nun Avroliqanın qalibi olmağa əsas namizəd olduğunu yazan nəşr klubu mərmidən də betər daşa bənzədib.

 

Əvəzində digər böyük komandaların Çempionlar Liqasında belə güclü rəqiblə üz-üzə gəlməyəcəyi səbəbindən rahat nəfəs aldıqları vurğulanıb.

 

Dieqo Simeonenin baş məşqçi olduğu komanda Çempionlar Liqasının C qrupunda "Qarabağ"la qarşılaşmalardan heç-heçələrlə (Bakıda 0:0, Madriddə 1:1) ayrılıb və nəticədə 7 xalla 3-cü yeri tutaraq, mübarizəni qitənin ən nüfuzlu klub turnirində davam etdirə bilməyib.

 

Belədə yoluna Avroliqada davam edən "Atletiko" 1/16 finalda Danimarka "Kopenhagen"ini (səfərdə 4:1, evdə 1:0), 1/8 finalda isə "Lokomotiv"i (evdə 3:0, səfərdə 5:1) üstələyib. 1/4 final mərhələsinin püşkü bu gün atılacaq.

 

C qrupunda ilk 2 yeri tutan komandalardan İtaliya "Roma"sı Çempionlar Liqasının 1/8 finalında Ukrayna "Şaxtyor"unu (səfərdə 1:2, evdə 1:0) rəqib meydanında vurduğu qol sayəsində keçib. "Çelsi" isə İspaniya "Barselona"sına iki oyunun yekununda (evdə 1:1, səfərdə 0:3) uduzaraq, mübarizəni dayandırıb.

Tarix: 16 Mart 10:12    Oxunub: 271    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.