UEFA “Beşiktaş”a iş açdı - “Bavariya” ilə oyuna görə

UEFA “Beşiktaş”ı cəzalandıra bilər.

 

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində  “Bavariya” ilə cavab matçı zamanı təşkilati məsələlərdə yol verdiyi qüsurlara görə cəzalandırılacaq.

 

Artıq qitə futbol qurumunun İntizam Komitəsi bu məsələ ilə bağlı “Beşiktaş”a iş açıb. Belə ki, “qara qartallar” təhlükəsizliyi yüksək səviyyədə təşkil etməməkdə günahlandırılır.

 

Bundan əlavə, türkiyəli azarkeşlər meydana yad əşyalar da atıblar. Üstəlik, tribunalarda hətta pilləkənlərdə də azarkeşlərin yer alması UEFA nümayəndələrinin diqqətindən yayınmayıb.

 

“Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Münhendəki ilk qarşılamada da rəqibinə 0:5 hesabıyla uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-dən kənarda qalıb.

Tarix: 16 Mart 09:48    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.