Məmmədyarov İddiaçılar turnirində xallarının sayını 3-ə çatdırdı

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin növbəti turu keçirilib.

 

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov 5-ci turda ardıcıl dördüncü dəfə heç-heçəyə imza atıb.

 

Onun budəfəki rəqibi çinli Din Lijen olub. Şəhriyar bu qarşılaşmadan sonra xallarının sayını 3-ə çatdıraraq ikinci yerdə qalıb.

 

Eyni nəticə Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ) - Vladimir Kramnik (Rusiya) və Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) qarşılaşmalarında da qeydə alınıb.

 

Turnir cədvəlinə Karuana liderlik edir, Məmmədyarov və Kramnik ondan yarım xal geri qalır. Beş turdan sonra turnir cədvəlində vəziyyət: 1. Karuana – 3,5; 2-3. Məmmədyarov, Kramnik - 3; 4-6. Aronyan, Qrişuk, Din Lijen – 2,5; 7-8. Karyakin, So – 1,5.

 

Altıncı turun cütləri. Karuana – Qrişuk, Məmmədyarov – Kramnik, Din Lijen – Karyakin, So – Aronyan.

 

Turnirin mükafat fondu 420 min avrodu

1-ci yer - 95 min

2-ci yer - 88 min

3-cü yer - 75 min

4-cü yer - 55 min

5-ci yer - 40 min

6-c yer - 28 min

7-ci yer - 22 min

8-ci yer - 17 min

Tarix: 16 Mart 09:36    Oxunub: 85    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.